Hafiz Hacıyev Fransanın Azərbaycandakı səfirinin 1-ci müzaviri ilə görüzüb

img

22-09-2011 [03:13]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Fransanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə 1-ci müşaviri Elza Pinyol ilə görüşüb. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən 1 saatlıq görüşdə ölkədə və dünyada baş verən son ictimai-siyasi proseslər, əsasən Ərəb ölkələrində baş verən inqlabların səbəbləri və nəticələri ,Azərbaycanda sosial vəziyyət ,,korrupsiya və rüşvət hallarının dözülməz hal almasının insanların səbrini daşırması , söz azadlığı , insan hüquqlarının müdafiəsi və qorunub saxlanması, həmçinin hal-hazırdakı demokratik durum müzakirə edilib. Görüşdə tərəflər WikiLeks-in yaydığı məxfi sənədlərdən də söhbət açıblar. Daha sonra Fransa Prezidenti Cənab Sarkozinin Azərbaycana səfəriində kecmiş Prizidentliyə namizədlərlə görüşünün təşkil edilməsi zamanı Hafiz Hacıyevin də iştirakının təmin edilməsi və gələcəkdə onun Fransaya işgüzar səfərinin təşkil edilməsi üçün köməklik göstərmələri xahiş edilib.. Görüşün sonunda MMP sədri ilə diplomat xanım arasında xüsusi razılaşma əldə edilib ki, siyasi vəziyyəti nəzərə alaraq bu cür görüşlər tez-tez həyata keçirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA