Musa Süleymanov: ?Futbolçular kartof əkib, dolanacaqlar?

img

21-09-2011 [05:44]


?Turan? klubunun prezidenti Musa Süleymanov komandada hökm sürən maliyyə problemləri haqda danışıb. Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində baş verən hadisələr özünəməxsus şəkildə münasibət bildirib. Klub prezidenti Tovuzun imkanlı şəxsləri ilə yanaşı, mətbuat işçilərindən də kömək istəyib: ?Kömək eləmək istəyirsiniz? İstəyirsinizsə, eləyin də, qardaş. Nə qədər pul vermək istəyirsinizsə, verin. Hər mətbu orqan 2 min versə, bəsdir. Ya da yazın ki, kömək eləmək lazımdır. Tovuzlulara deyin ki, komandaya kömək etmək lazımdır?. ?Turan?ın daxilində baş verən hadisələrlə bağlı suallara cavabında Süleymanov iddia edib ki, futbolçuların etiraz olaraq məşqə çıxmamasından, oyuna çıxmağa imtina etməsindən xəbəri yoxdur: ?Kim çıxmaq istəmir oyuna? Bilmirəm, mən eşitməmişəm. ?Qəbələ? ilə oyunda mükafat söz vermişdim. Uduzdular, ona görə də almadılar. Mən neyniyim? Nə olmalıdır ki??. Sergey Artyuxun mətbuatda gedən ?Maaşlar verilməsə, ?Rəvan?la oyuna çıxmayacağıq? fikirlərinə isə klub prezidentinin münasibəti belə olub: ?Hansı futbolçu oyuna çıxmaq istəmir? Sergey Artyux? O, tovuzludur. Atası Tovuzda doğulub. Söz verib ki, pulsuz oynayacaq. Özlərinə də kartof sahəsi verəcəyəm, gələn il kartof əkəcəklər. Legionerlərdən ən yaxşısı siz dediyinizdir. Hamısı kartof əkib, dolanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA