2 aprelçilərin məhkəməsi zahid ifadələri ilə davam edib

img

21-09-2011 [03:46]


Sentyabrın 21-də Səbail rayon Məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının işi üzrə növbəti proses keçirilib. Məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşı zədə aldığından hadisəni xatırlamadığını bildirib. Daha sonra zərərçəkmiş qismində ?BankStandart?ın nümayəndəsi ifadə verib. O bildirib ki, onlara 600-700 manat həcmində ziyan dəyib. Lakin ittiham olunanlardan heç birini hadisə yerində görməyib. Arif Hacılı ona iddiasını geri götürməyi təklif edib. Məhkəmədə Fuad Qəhrəmanlı və Arif Hacılının müxtəlif verilişlərdə videoçıxışları izlənilib. Məhkəmənin növbəti iclası sentyabrın 23-ə təyin olunub. Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA