Qənirə Pazayeva Bursada görüzlər keçirdi

img

21-09-2011 [02:02]


Bu günlərdə Bursada keçirilən, Türkiyənın hökumət, parlament numayəndələri ilə yanaşı Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk kökənli nazirlər, millət vəkilləri, bələdiyyə başqanlarının da iştirak etdiyi II Böyük Rumeli-Balkan Festivalında iştirak etmiş millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva önəmli görüşlər keçirib. Festival çərçıvəsində o, İzmir millət vəkili Rifat Sait, İstanbul millət vəkili Hüseyn Bürke, Bursa Bələdiyyə başqanı Recep Altepe, İstanbul Sultanqazi bələdiyyə başqanı Cahit Altunay, Makedoniyanın türk kökənli naziri, dövlət naziri Hadı Nezir və Kosovanın türk kökənli naziri Mahir Yagcılarla ayrı-ayrılıqda görüşüb. Xanım millət vəkili görüş keçirdiyi şəxslərlə II Böyük Rumeli-Balkan Festivalı, bu Festival çərçivəsində düzənlənən maraqlı tədbirlər və görüşlər barədə öz təəssüratlarını bölüşmüş; belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni ilişgilərin qurulması və yeni əməkdaşlıq üfüqlərinin açılması baxımından çox faydalı olduğunu vurğulamışdır. Görüşlərdə həmçinin Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınan 20% ərazisini işğal altda saxlaması; qaçqın və köçkünlərin öz doğma ev-eşiklərinə dönə bilməməsi; Dağlıq Qarabağ və iğşal edilmiş digər rayonlardakı tarixi abidələrin vandalizmə məruz qalması barədə danışan millət vəkili, uyğun sənədləri, foto-fakt və videogörüntüləri, Heydər Əliyev Fondunun nəşrlərini həmsöhbətlərinə təqdim etmişdir. Azərbaycanlı millət vəkili ilə görüşdən, onun Atatürk stadionundakı çıxışından məmnun qaldıqlarını, təqdim olunan faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı, dost və qardaş Azərbaycana öz salam və sevgilərini ifadə etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA