KXCP bəyanat verdi

img

20-09-2011 [01:34]


KXCP İdarə Heyətinin iclası keçirilib. Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Iclasda Urmu gölünün qurudulmasına etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir: ?Bəllidir ki, son illərdə fars molla rejiminin məqsədyönlü siyasəti nəticəsində urmu gölündə sürətli qurutma prosesi gedir. Bu unikal gölün demək olar ki, 30 faizi artıq qurudulub. Bu gedişlə gölün tamamilə quruma ehtimalı var ki, bu da bütövlükdə bütün bölgə, xüsusilə Türkiyə və Naxçıvan Muxtar Respublikası üçün ekoloji fəlakət deməkdir. Şovinist fars molla rejimi və onun ?cib? Məclisinin gölün bu fəlakətli durumu üçün qanun layihəsini rədd etməsi və bu ərazidəki 15 milyon insanın taleyi Güney Azərbaycan Türklərini ayağa qaldırmış, Təbriz və Urmu sakinləri başda olmaqla dinc etiraz yürüşlərinə başlanılmışdır. Bütün məsələlərdə olduğu kimi bu dinc yürüşlərə də şovinist fars rejimi dözümsüzlük göstərərək yürüşçülərə insanlığa yaraşmayan amansız divan tutmaqdadır. Çox təəssüflər olsun ki, xalqımızın bu qlobal səviyyəli haqlı etirazına birbaşa onlara dəxli olan nə Quzey Azərbaycan Respublikası, nə Türkiyə Cümhuriyyəti, nə də beynəlxalq təşkilatlar heç bir münasibət bildirmirlər. Klassik Xalq Cəbhəsi Partiyası belə hesab edirki, Urmu gölünün şovinist fars molla rejimi tərəfindən məqsədyönlü şəkildə qurudulması təkcə ekolji fəlakətlə bağlı deyil, həm də bu rejimin qarşısında ərazidəki əhalini ayrı ? ayrı bölgələrə köçürmək siyasəti dayanır. Bütün bunları nəzərə alaraq Klassik Xalq Cəbhəsi Partiyası bəyan edir ki, İran İslam Respublikası yetgililəri: 1. Bu ekolji fəlakətin aradan qaldırılması üçün təcili tədbirlər görsün, xalqın haqlı tələblərinin zor gücü ilə yatırılmasına son qoysun. 2. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti yetgililəri bu ekolji fəlakətə qarşı öz münasibətlərini bildirsin. 3. Dünya Ekolji Təşkilatları Urmu gölü bağlı beynəlxalq səviyyədə İran İslam respublikası qarşısında məsələ qaldırsın. 4. Dünya Azərbaycanlıları Konqresi təcili toplantı keçirib BMT-yə müraciət etsin.? KXCP- nin etdiyi ?Çağrı?ya cavab olaraq siyasi seçim etmiş, 2010- cu il parlament seçkilərində 43 saylı Sumqayıt 3- cü seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd olmuş Əhmədzadə İbrahim partiya sıralarına qəbul edilib. Toplantıda Klassik Xalq Cəbhəsi Partiyası Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənov haqqında Şirvan şəhər Appelyasiya Məhkəməsinin çıxardığı qərarla bağlı etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir: ?Şirvan şəhər Appelyasiya Məhkəməsi 16.09.2011-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənovun Sabirabad rayon məhkəməsindən 08.09.2011-ci ildə etdiyi şikayət ərizəsinə baxaraq qərarı qüvvədə saxlamış və kassasiya şikayəti verilə bilməyəcəyini bildirmişdir. Xatırladaq ki, Kürün daşması nəticəsində baş vermiş fəlakətə görə hökumətin ödəməli olduğu kompensasiyalarını ala bilmədiklərinə etiraz olaraq 24.02.2011-ci ildə Sabirabad rayonun Qasımbəyli kənd sakinlərinin toplaşdıqları körpüdən keçərək dərs dediyi orta məktəbə getmək istərkən Əlisa bəy Həsənov oradakı polislər tərəfindən zorla saxlanılaraq Sabirabad rayon plois şöbəsinə aparılmışdır. Sabirabad polis şöbəsində onu polis əməkdaşları ? rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Seyran Kərəm oğlu Mehbalıyev, sahə rəisi Sərhəd Əlikram oğlu Babayev və başqaları tərəfindən təhqir edilməsinə və döyülməsinə baxmayaraq, məcburi qaydada guya polislərə müqavimət göstərdiyinə dair hazır izahat sənədinə imza atmamışdır. Polis şöbəsində döyülmələr nəticəsində yerə yıxılaraq hüşunu itirmiş Əlisa bəy Həsənova həkim yardımı dəvət edilməsinə və ekspertizaya imkan verilməmişdir. 24.02.2011-ci ildə Saatlı rayon Məhkəməsinə aparılaraq, məhkəmə sədri öz iş otağında izahatdan sonra şifahi qaydada qərarla sərbəst buraxılmış və rəsmi qərara ehtiyac olmadığını bildirmişdir. Əlisa bəy Həsənov Sabirabad polis şöbəsində ona qarşı edilmiş qanunsuz və zorakı hərəkətlərdən Sabirabad rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş prokurora və Ombudsmana rəsmi müraciət etməsinə baxmayaraq onun şikayəti obyektiv araşdırılaraq müvafiq tətdbir görülməmişdir. Şirvan şəhər Appelyasiya Məhkəməsi isə yuxarıda qeyd olunduğu kimi 16 sentyabr 2011-ci ildə KXCP Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənovun Sabirabad rayon məhkəməsinin 08 avqust 2011-ci ildə qəbul etdiyi qanunsuz qərarı qüvvədə saxlayıb. Maraqlıdır ki, hakim öz qərarını elan edərkən bildirib ki, qərardan şikayət verilə bilməz. KXCP, Şirvan Appelyasiya Məhkəməsinin partiyanın Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənov haqqında çıxardığı qərarı qanunsuz və sifarişli hesab edir. Partiya, polis bölməsində işgəncələrə məruz qalan, obyektiv və əhatəli araşdırma aparılmadan haqqında qanunsuz məhkəmə hökmü çıxarılan Əlisa Həsənova fiziki işgəncə verən polislər haqqında ciddi ölçü götürülməsini tələb edir?. KXCP-nin İdarə Heyətinin toplantısında partiyanın İnkişaf Planınınn müzkirəsi davam etdirilb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA