ALDP Milli Məclisə müraciət edib

img

19-09-2011 [02:28]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, təşkilatı və ?Evrovision - 2012? müsiqi yarışması ilə bağlı Milli Məclisə müraciətin qəbul olunması məsələlər müzakirə olunub. Muraciətdə deyilir: " Məlum olduğu kimi, ?Evrovision ? 2011? müsiqi yarışmasında Azərbaycanı təmsil edən Nigarla Eldarın dueti möhtəşəm qələbə qazanaraq, ?Evrovision - 2012? müsiqi yarışmasının Azərbaycanda keçirilməsinə nail ola bildi. Bir tərəfdən buna sevinməmək olmaz, digər tərəfdən isə bu məsuliyyətli işi təşkil etmək üçün böyük vəsait tələb olunur və artıq ?Evrovision - 2012? müsiqi yarışmasının keçirilməsi üçün yeni ünvanın tikintisi işlərınə başlanıb. Biz hesab edirik ki, bu məsələ şəffaf olmalıdır. Milli Məclis 2010-ci ildə 2011-ci il üçün dövlət büdcəsini qəbul edib və o zaman Azərbaycanın ?Evrovizion - 2012? müsiqi yarışmasına ev sahibliyi edəcəyi bilinmirdi. Musiqi yarışmasının keçirilməsi üçün yeni konsert sarayının tikilməsi nəzərdə tutulmamışdı. Burdan da belə bir sual yaranır: hökümət hansı vəsaitdən xərcləyir? Bu ilin əvvəlində hökümət nümayəndələri 65 yaşından yuxarı olan həkimlərin, müəlimlərin, mühəndislərin və s. işçilərin işdən azad olunmasını təklif etdi. Bununla bağlı ?Dövlət qulluğçusu? haqqında Qanun layihəsinin hazırlanması hökümətə tapşırıldı. Bu qanun hələ qəbul olunmamış, nazirlər 65 yaşdan yuxarı olan işçilərin işdən azad olunmasına qərar verdilər. Biz hesab edirik ki, hökümət ?Dövlət qulluğçusu? haqqında Qanun qəbul olunmamış müəyyən olunmuş yaş senzinə görə vətəndaşları təqaüdə göndərməklə onlara hesablanmış vəsait hesabına ?Evrovision - 2012? müsiqi yarışmasını keçirmək istəyir. ALDP Milli Məclis üzvlərinə müraciət edir ki, parlament üzvləri bu məsələlərlə bağlı hökümət nümayəndələrindən hesabat tələb edsinlər. ?Dövlət qulluğçusu? haqqında Qanun layihəsini qısa zamanda Milli Məclisə təqdim etsinlər və Qanunda nəzərdə tutulan bütün məsələlər 2011-ci il iyun-sentyabr aylarında təqaüdə göndərilən təqaüdçilərə də şamil edilsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA