MMP yenə mitinq keçirməkdən danızır

img

19-09-2011 [02:12]


Muasir Musavat Partiyası söz verdiyi kimi artıq aktiv siyasi fəalıyətə başlayır. Bu məqsədlə Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında bu gün partiyanın İdarə Heyətinin, Mitinq Komitəsinin və rayon təşkilat sədrlərinin, həmçinin fəal gənclərin iştirakı ilə geniş tərkibdə toplantısı keçirilib. Toplantıda MMP-nin son aylarda gördükləri işlərin nəticələri , partiyada edilən dəyişikliklər və yeniliklər müzakirə edilib. Müzakirələr zamanı yaxın gələcəkdə partiyanın növbəti atacagı addımlar, həmçinin aksiyaların keçirməsi məsələsi gündəmə gətirilib. Mitinq Komitəsinə müəyyən tapşırıqlar verən partiya rəhbərliyi məsələnin yaxın gələcəkdə gündəmə gətirəcəklərini və bu yöndə artəq lazımı hazırlıqlara başlanılmasına qərar verib.Toplantıda fəal MMP-çilər gələcəkdə keçiriləcək hər hansı bir aksiyanın təşkilində və keçirilməsində fəal olacaqlarına söz veriblər. Daha sonra MMP-nin yaxın zamanlarda planlaşdırdığı aksiyanın tarixinin müəyyənləşməsi, texniki və təşkili məsələlərinə yenidən nəzər yetirilib. Bundan sonra aksiyların vaxtının müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, MMP-nin çox yaxın tarixdə mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcəyi artıq reallaşır. BŞİH razılıq cavabı verdikdən sonra mitinqin vaxtı və yeri mətbuata açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA