YAP-çı gənclər Şamaxıda olublar

img

19-09-2011 [12:42]


Yeni Azərbaycan Partiyasının bir qrup fəal gənci Şamaxı şəhərinə səfər edib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, YAP Gənclər Birliyinin fəalları əvvəlcə Şamaxı şəhərində Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra YAP-ın Şamaxı rayon təşkilatının binasında ?Müasir Azərbaycan 20- inkişafın yeni mərhələsi? mövzusunda diskussiyada iştirak etdilər. Milli Məclisin deputatlarından Aydın Mirzəzadə və İlham Məmmədov ölkəmizin 20 ildə keçdiyi inkişaf yolu, iqtisadi, sosial və s. sahədə qazanılan uğurlar, respublikamızın beynəlxalq sferada əldə etidiyi nailiyyətlərindən danışdılar. Şamaxı gənclərinin də iştirakı ilə keçən diskussiyada millət vəkilləri gənclərin suallarının cavablandırdılar, maraqlı fikir mübadiləsi aparıldı. Günün ikinci yarısı isə partiya fəalları Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunan Şamaxı rəsədxanasına və digər görməli yerlərə səfər ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA