Qənirə Pazayeva beynəlxalq tədbirə qatılıb

img

17-09-2011 [06:12]


Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirə qatılıb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Q.Paşayeva Bursanın Atatürk stadionunda türkdilli ölkələrin millət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalılarının və elm adamlarının iştirakı ilə keçiriləcək tədbirdə çıxış edəcək. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü, bu illər ərzində ölkənin keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə məlumat verəcək. Səfər çərçivəsində Q. Paşayevanın türkdilli ölkələrdən olan millət vəkilləri və hökumət nümayəndələri ilə görüşləri, həmçinin ölkə televiziyalarına və mətbuatına müsahibələri də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA