Partiya sədri Anarı, Ramiz Rövzəni, Fikrət Qocanı, Elçini günahlandırdı

img

16-09-2011 [02:13]


?Fars rejiminin Urmiya gölünü qurutmaq üçün apardığı siyasəti, bu prosesə qarşı çıxan soydaşlarımıza qarşı zor tətbiq etməsi nədənsə bizdə lazımi reaksiyaya səbəb olmur. Bir neçə partiyanı, təşkilatı, media orqanını çıxmaq şərtilə digər təbəqələri ilgiləndirmir. Mən burada xüsusilə ziyalı təbəqənin, tanınmış yazarların mövqesizliyini önə çəkmək istəyirəm?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, zaman-zaman Güney məsələsi gündəmə gələndə nədənsə ziyalılar, tanınmış yazıçı və şairlər susmağa üstünlük verirlər: ?Hesab edirəm ki, Urmiya gölünün qurudulması kimi həssas bir məsələdə onlar susmamlıdırlar. Təəssüf ki, lazımsız qalmaqallarda həvəslə iştirak edən ziyalılarımız, yazarlarımız bu məsələ ətrafında müzakirə açmağa, etiraz etməyə, yazılar yazmağa səy göstərmirlər?. Konkret olaraq, yazıçı Anarın, Ramiz Rövşənin, Fikrət Qocanın, Elçinin adını çəkən T.Abbaslı hesab edir ki, adı çəkilən şəxslər bu məsələnin mahiyyətini dərk edən, Urmiya gölünün azərbaycanlılar üçün tale məsələsi olduğunu bilən şəxslər kimi reaksiya verməlidirlər: ?Mövqe bidirməklə, tədbirlər keçirməklə, bəyanat verməklə, beynəlxalq təşkilatlara müraciətlər etməklə bu prosesə əngəl olmağa çalışmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA