AMiP iranın Azərbaycandakı səfirliyi qarzısında aksiya keçirdi

img

14-09-2011 [04:52]


Sentyabrın 15-də Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Onlar İranda yaşayan azərbaycanlılara qarşı təzyiqlərə son qoyulmasını, həbs olunanların buraxılmasını və Urmiya gölünün qurudulmasının qarşısının alınmasını istəyirdilər. Polis aksiya keçirmək istəyən 10-dək adamı səfirliyinin qarşısına buraxmadı, yalnız onlara səfirlikdən 30-40 metr aralı yerdə bəyanatlarını oxumağa imkan yaratdı. Ancaq bəyanatı səfirliyə təqdim etməyə icazə vermədi. Polis əməkdaşları aksiya iştirakçılarının qaldırdığı şüarları onların əlindən alıb cırdı. Polislə aksiya iştirakçıları arasında heç bir insident baş vermədi. İranda Urmiya gölünün qurudulmasına etiraz edən yüzlərlə azərbaycanlı həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA