Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası bəyanat yaydı

img

14-09-2011 [04:12]


Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası Cümşüd Nuriyevin sentyabrın 13-də ?Bizim yol? qəzetində dərc edilən müsahibəsindən narahat olub. Koordinasiya Şurasının sədri Umud Rəhimoğlunun verdiyi məlumata görə, bununla bağlı Koordinasiya Şurası bəyanat yayıb. Bəyanatda sentyabrın 13-də ?Bizim yol? qəzetində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 2004-cü ildə Macarıstanda NATO-nun təlimlərində olduğu zaman erməni Qurgen Markaryanı qətlə yetirdiyinə görə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Ramil Səfərov haqqında yazılanların həqiqətə uyğun olmadığı və bütövlükdə müsahibənin Azərbaycanın milli maraqlarına, insan haqlarına zidd olduğu deyilir: ?Həmin müsahibədə jurnalistika prinsiplərinə zidd olaraq, müəllif yazının girişində öz adından müsahibədə adı çəkilən R.Səfərov haqqında həqiqətə uyğun olmayan fikirlərini yazır və müsahibini də məqsədli şəkildə bu ovqata kökləyir. Müsahibədən görünür ki, müəllif bütün söhbəti yalnız R.Səfərovun aşağılanmasına, özünün gəldiyi yanlış qərarın Cümşüd Nuriyevin dilindən səslənməsinə ciddi cəhd göstərir. Təəssüflər olsun ki, Qarabağ problemini yaxından bilən, bu problemin yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan işlərə yaxından bələd olan Cümşüd Nuriyev də yazarın avantürasına, yalan faktına rəvac verərək onun fikirlərini təsdiqləyir. Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası bəyan edir ki, ?Bizim yol? qəzetində dərc edilən müsahibədə yer alan fikirlər Macarıstanda həbsdə olan zabitimiz haqqında həqiqətə uyğun olmayan yalandır. Təəssüflər olsun ki, müsahib Cümşüd Nuriyev də Ramil Səfərov və Azərbaycan ordusu barədə həqiqətdən uzaq fikirlər səsləndirib. Yeri gəlmişkən qeyd edək ki, Koordinasiya Şurasının üzvü olan millət vəkilləri, QHT rəsmiləri, ziyalılarımız dəfələrlə cəbhə bölgəsində olub, ordumuzun vəziyyəti ilə yerində maraqlanıbdır. Heç kəs demir ki, ordumuzda heç bir problem yoxdur! Bəli, digər ölkələrdə olduğu kimi, Azərbaycan ordusunda da müəyyən neqativ hallar var. Amma bu heç kəsə haqq vermir ki, Azərbaycan ordusu haqqında hədyan danışsın, özünün əsassız fikirlərini mətbuat azadlığından istifadə edərək tirajlasın. Koordinasiya Şurası olaraq bildirir ki, zabitimiz həbs olunandan bu yana ermənilərin, ermənipərəst şəxslərin, özlərini müxtəlif mədəni, dini, ədəbi cəryanların, siyasi qütblərin tərəfdaşı kimi göstərən, əslində isə obyektivlikdən, vətəndaş mövqeyindən uzaq olan, Azərbaycanın düşmənlərinin maliyyəsi və diqtəsi ilə fəaliyyət göstərən bu adamlar Ramil Səfərova böhtan atırlar, haqqında yalanlar danışırlar. Nə yazıqlar ki, bəzi mətbuat orqanları da bu yalan fikirləri yaymaqla cəmiyyətin buna qarşı olacaq etirazı üzərindən populyarlaşaraq tirajlarını artırmağı düşünür. Onlar daha çox R.Səfərovun erməni zabitini yatdığı yerdə qətlə yetirdiyini cəmiyyət arasında yaymağa səy göstərirlər. Əslində isə R.Səfərov erməni zabitini yatdığı yerdə qətlə yetirməyib. Bu, zabitimizin əleyhinə qaldırılan cinayət işinin istintaq materiallarında da var. Biz bildirir ki, erməni zabitinin dövlətimizi və bayrağımızı təhqir etməsin dözməyən R.Səfərov xalqımızın ləyaqətli oğlu, cəsur zabiti, dəyərli vətəndaşıdır. Mətbuatda ona qarşı aparılan belə kampaniyalara son qoyulmalıdır. Əslində hər bir Azərbaycan vətəndaşı R.Səfərova verilən cəzanın həddindən artıq çox olmasına etiraz etməli, bununla bağlı Macarıstan məhkəməsinə müvafiq müraciətlər göndərməli, öz fəaliyyətləri zamanı zabitimizin pozulan haqlarını müdafiə etməlidir. Sonda bəyan edirik ki, Azərbaycanda mövcud olan söz və mətbuat azadlığından istifadə edərək xalqımızın ləyaqətli övladlarına qarşı şər və böhtan söyləyənlər daima vətəndaşlarımızın haqlı etirazı ilə qarşılaşacaqlar. Bunlar unudurlar ki, Azərbaycan torpağının 20 faizi işğal altındadır, 1 milyon qaçqınımız var, ermənilər körpə uşaqlarımızın, qadınlarımızın, qocalarımızın, günahsız insanlarımızın qanını töküblər. Bu gün həmin ermənilər Ermənistanda hakimiyyət başındadırlar. Onlar bu qatillərin həm Ermənistanda, həm də beynəlxalq təşkilatların ali kürsülərindən antiazərbayacn təbıiğatı apardığını niyə unudrlar?! Azərbaycanın müvafiq hüquq mühafizə orqanlarından xahiş və tələb edirik ki, bu kimi halların qarşısını almaq üçün qanun çərçivəsində lazımı tədbirlər görüşünlər!?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA