Azərbaycan klublarına cəzalar yağdırıldı

img

13-09-2011 [02:33]


?Xəzər Lənkəran? futbol klubu azarkeşlərinin meydançaya kənar əşyalar atması üzündən yenə ziyana düşüb. AFFA İntizam Komitəsi cənub klubunu 2000 manat cərimələyib. Bu dəfə lənkəranlı fanatlar Unibank Premyer Liqasının V turunda ?Neftçi? ilə qarşılaşmanın 72-ci və 90-cı dəqiqələrində ?fərqləniblər?. Amma Premyer Liqanın debütantı ?Rəvan? daha böyük məbləğdə cərimə ödəyəcək. ?Bakı? ilə qarşılaşmada ?Rəvan?ın 4 futbolçusu sarı vərəqə alıb. Bu isə kluba 1000 manat cərimə bahasına başa salıb. 48-ci dəqiqədə isə ?Rəvan?ın futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, Novruzov 4 oyunluq cəzalanıb, kluba daha 4 min manat cərimə kəsilib. ?Turan? da 1000 manat ziyana düşüb. Tovuz komandasının 4 futbolçusu ?Qəbələ? ilə görüşdə sarı vərəqə alıb. 84-cü dəqiqədə isə ?Qəbələ?nin məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırılıb. Məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat ziyana düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA