BAXCP dinc nümayizçilərə qarzı amansız davranızları pisləyib

img

12-09-2011 [04:02]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Urmiya gölünün qurudulmasına qarşı Güney Azərbaycanda başlayan etiraz aksiyalarıyla bağlı olub. BAXCP İdarə Heyəti dinc nümayişçilərə qarşı amansız davranışları pisləyib: ?BAXCP İdarə Heyəti İran adlanan dövlətin sərhədləri çərçivəsində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türklərinin haqlı mübarizəsini dəstəkləyir və dünya ictimaiyyətini İranın sayı 35 milyondan çox olan türk toplumunun öz hüquqları və Urmu gölünün qurudulması nəticəsində ortaya çıxa biləcək ekoloji fəlakətin qarşısının alınması uğrunda mücadiləsinə diqqətlə yanaşmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA