istiqlalçı deputatlar KXCP-də toplazacaq

img

10-09-2011 [03:11]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar istiqlalçı millət vəkillərinin toplantısı keçirilib. KXCP mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda tədbirlər planı da hazırlanıb. Toplantıda verilən qərara görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə 13 sentyabr 2011-ci ildə saat 12.00-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında (ünvan: Ağa Nemətulla küçəsi 18) istiqlalçı millət vəkillərinin iştirakı ilə ilk tədbir - ?PKK ? bölgədəki demokratik proseslərin düşmənidir? mövzusunda Dəyirmi Masa keçiriləcək. Media, istiqlalçı millət vəkilləri, politoloqlar və mütəxəssislər tədbirə dəvətlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA