Qüdrət Həsənquliyev Pənah Hüseyni məhkəməyə verdi

img

10-09-2011 [03:05]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev onun ünvanına təzqiramiz ifadələr səsləndirdiyi üçün Pənah Hüseyni məhkəməyə verib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iddia ərizəsinin əsas predmeti BAXCP sədrinin Pənah Hüseyn və İctimai Palata adlanan qurumun rəhbərliyinə daxil olan bəzi siyasilərin davranışlarıyla bağlı etik normalar çərçivəsində dilə gətirdiyi fikirlərdən sonra ikincinin (Pənah Hüseynin) onun ünvanına ?Yeni Müsavat? qəzetində səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələrlə bağlıdır. Pənah Hüseyndən fərqli olaraq, Qüdrət Həsənquliyev öz iddia ərzinəsində maddi təzminat davası açmayıb və Pənah Hüseyndən yalnız ?Yeni Müsavat? qəzetinin vasitəsilə ondan üzr istəməsini tələb edib. BAXCP sədri partiyanın Mətbuat Xidmətinə açıqlamasında Pənah Hüseyndən maddi təzminat tələb etməməsinin səbəbini də açıqlayıb. Qüdrət Həsənquliyevin sözlərinə görə, Pənah Hüseynin onun ünvanına səsləndirdiyi fikirlər onun nüfuzuna ciddi ziyan vurmayıb: ?Pənah Hüseynin kim olduğunu hər kəs yaxşı bilir. Bu səbəbdən iddia ərizəmdə ondan hətta 1 qəpik dəyərinində olsa da belə maddi təzminat tələb etməmişəm?. Qeyd edək ki, BAXCP sədri bir neçə müddət öncə rəhbərliyinə Pənah Hüseynin də daxil olduğu İctimai Palatanın razılaşdırılmamış aksiyalara dəvət etdiyi şəxslər həbsdə olduğu bir zamanda Pənah Hüseynin ölkədən kənarda istirahət etməsinə münasibətini açıqlayıb. Pənah Hüseyn isə öz növbəsində əsəblərini cilovlaya bilməyib və ?Yeni Müsavat? qəzetində konkret faktı dilə gətirən Qüdrət Həsənquliyevin ünvanına təhqir və böhtan xarakterli fikirlər səsləndirib. Xatırladaq ki, analoji iddia ilə Pənah Hüseyn də məhkəməyə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA