iranın Bakıdakı səfirliyinin qarzısında etiraz aksiyası keçirilib

img

08-09-2011 [03:02]


İran İslam Respublikasının Bakıdakı səfirliyinin binası qarşısında Urmiya gölünün qurudulması ilə bağlı etiraz aksiyası keçirilib. Aksiyada Dünya Azərbaycanlıları Konqresinin 15-dək üzvü iştirak edib. DAK-ın sədri Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında bölgədə çox sayda azərbaycanlının yaşadığını və Urmiya gölünün probleminin Azərbaycanın problemi olduğunu deyib. Hüquq mühafizəçiləri aksiya iştirakçılarını yan küçəyə sıxışdıraraq səfirliyin binasının yaxınlığına buraxmayıblar. Etirazçılar İran hakimiyyətini Urmiya gölünun qurudulması ilə bağlı fəaliyyətini tənqid edən bəyanatlarınıoxuyublar. "Biz antiazərbaycan fəaliyyətinə son qoyulmasını və Urmiya gölünün qorunması ilə bağlı İranda keçirilən aksiyda həbs edilən şəxslərin azad edilməsini tələb edirik", deyə S.Rüstəmxanlı bildirib. İranın Azərbaycandakı səfirliyinin əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA