?Lex Kaçinskinin ölümündə siyasi faktor, xüsusilə, Putin faktoru istisna deyil?

img

07-09-2011 [05:33]


[b]İlqar Altay: Risqli də olsa, İrana, Tehran və Təbrizə yenidən səfər edib oradakı ictimai-siyasi durumu tədqiq etmək fikrindəyəm.[/b] Bir sıra maraqlı məsələlər ətrafında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil araşdırmaçı İlqar Altayla söhbət etdik. - İlqar bəy, Türkiyənin ?Məzlumder? hüquq-müdafiə təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda hesabatı ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Sizin keçən il Türkiyə və İsrail dövlətləri arasında münaqişə yaratmış, Aralıq Dənizində baş vermiş ?Mavi Mərmə? gəmisi insidenti araşdırmanızda ?Məzlumder? təşkilatına da toxunulurdu. Ümumiyyətlə, bu qurum haqda nə deyə bilərsiniz?- ?Mezlumder? Türkiyədəki məşhur İHH (İnsan Hüquqları hüriyyəti) ilə birlikdə Fələstinə ?Mavi Mərmərə? missiyasını təşkil edən əsas təşkilatlardandır. İnsident zamanı onün bütün rəhbərliyi gəmidə olmuşdu. Gəmidə aksiya iştirakçıları ilə İsrail əsgərləri arasında insidenti təşkil etmək, Türkiyə ilə İsrailin arasını vurmaqda böyük rolu var. Şüarları belədir ki, dinindən, irqindən və millətindən asılı olmayaraq dünyadakı bütün məzlumların hüquqlarını müdafiə edirlər. Ancaq, onların fəaliyyəti sırf islam təmayüllüdür və xüsusən də, bu dinin ekstremizm daşıyıcıları təbəqəsinin müdafiəsinə yönəlib. - ?Məzlumder?in PKK tərəfindən yaradıldığı və dəstəkləndiyi önə çəkilir. Sizcə belə bir iddia nə dərəcədə doğrudur? - 2010-cu ildə ?Mavi Mərmərə? tədqiqatı ilə əlaqədar bu təşkilatın İstambuldakı ofisində olmuşam. Onların iş fəaliyyətini müşahidə etmişəm, rəhbərlk və üzvlər ilə xeyli sorğu-sualım olub. Mənim qənaətimcə bu təşkilat PKK təməli üzərində qurulmayıb. ?Məzlumder?, İHH və bu kimi iri, güclü islam təmayüllü təşkilatlar Türkiyə hökumətinin nəzarətində və nəzərindədirlər. Ona görə, PKK faktoru burada mümkünsüzdür. Ancaq, mənim araşdırmama görə, bu təşkilatlar islam regionunda şiə məzhəbi qollarına daha çox bağlıdırlar. Zənnimcə, onların təminat və tənzimatı Suriyaya, oradan da İrana söykənir. - Bəs bu təşkilatın Azərbaycanda barədə hesabatında sizcə, məna axtarmaq olarmı? Yoxsa, bunu beynəlxalq hüquq-müdafiə təşkilatının sıradan bir hesabatı kimi qəbul etmək olar? - Azərbaycanda insan hüquqlarının vəziyyətinin ürəkaçan olmadığı dünyada heç kim üçün sirr deyil. Ona görə, hansısa təşkilatın Azərbaycan barədəki mənfi hesabatı təəccüblü görsənmir. Ancaq, burada bir məsələ var. Analiz aparıb diqqət etsək, ?Məzlumder?in Azərbaycana qarşı aktivləşməsi bir qyda olaraq, İranın ölkəmizə qarşı təhdid kampaniyası dövrünə təsəvvür edir... - Bax, bu maraqlıdır... - Düşünməliyik ki, ?Mezlumder? kimi, insani yardım adı altında fəaliyyət göstərən təşkilatlar doğrudanmı ölkəmizin məzlum təbəqəsinin dərdini çəkir, yoxsa, bunların əsl dərdi nədir. - İlqar bəy, ərəb inqilabları dayanmaq bilmir. Ərəb ölkələri bu məsələdə sanki sıraya düzülüb. Bu sizcə harayacan davam edəcək? - Bu diktaturalar hamısı fövqəl güclərin 2-ci dünya müharibəsindən sonrakı soyuq müharibəsinin törəməsidir. Onların varlığı uzun illər hansısa tərəfə sərf edib, qarşı tərəf üçün istifadə edilib. Onlardan geostrategi, siyasi, ideoloji və iqtisadi məqsədlər üçün istifadə edilib. Həmişə kənardan dəstəklənmiş inqilablar, çevrilişlər hesabına yaranıblar. Bu gün qloballaşma o səviyyəyə çatıb ki, artıq böyük güclər özləri oturub öz problemlərini çözürlər. Diktaturalar artıq onlar üçün əhəmiyyətini itirir. Artıq bu cür diktatorlara, antidemokratik ölkələrə meydan qalmır, onlar artıq maneə hesab olunurlar. Məsələn ABŞ-ın dostu Mübarəkin, Ben Əlinin timsalında. Artıq Rusiya da öz diktator dostlarını meydanda tək qoyur. Məsələn Lukaşenkonun timsalında Ona görə də, zamandan asılı olaraq onların hamısı yola salınacaq. - Sizcə bu cür ölkələrdə demokratikləşmə üçün inqilablar mütləqdirmi, yoxspa dinc yollar da istisna deyil? - O baxır, hansı hakimiyyət öz antidemokratik əməllərində hansı dərəcədə dərinliyə gedib. Nə dərəcədə pozuntular edib, vətəndaşlarına zülm edib, ölkəni söküb dağıdıb, cəmiyyətin işıqlı, qabiliyyətli, vətənpərvər təbəqəsinin inkişafdan saxlayıb və sairə. Yəni, nə dərəcədə mümkündür, geriyə dönüş etmək. Ancaq, məncə hər halda, bəd əməldən geriyə dönüş riski, sona qədər ?irəliləmək? risqindən daha azdır. Diktatura rejiminin özəl mahiyyəti xüsusi araşdırma tələb edir. Tarixən, vətəndaş cəmiyyətləri hakimiyyətlərdən daha kompromis əhvallı, daha ürəyi geniş olub. Daha üzüyola və bağışlayan olub. Dialoqlarda bu faktordan vaxtında istifadə edilməlidir. - İlqar bəy, sonrakı tədqiqatlarınız barədə də bilmək istərdik. - Fəaliyyətmi əsasən, beynəlxalq istiqamətdə aparıram. Ölkədaxili son təhqiqatım keçən il olub. Ölkədə ekspertiza sisteminin ümumi vəziyyəti və Eynulla Fətullayevin üzərində narkotik məsələsilə bağdlı qurulmuş məhkəmənin təhlili olmuşdur. Sonra Ukraynada ?Qara transplantasiya? insan orqanı ticarəti barədə araşdırma apardım. Daha sonra İranda, Tehranda, ?Səhər? telekanalında oldum. ?İran təhqiqatldarı? adlı məqaləm dərc olundu. Müəyyən risqli də olsa, yenə İrana, Təbrizə səfər edib oradakı ictimai-siyasi durumu tədqiq etmək fikrindəyəm. Eyni zamanda, ən maraqlı mövzu Polşa prezidenti Lex Kaçinski və 88 nəfər dövlət elitasının faciəvi təyyarə qəzasıdır. Bu istiqamətdə xeyli araşdırma aparmışam, başa çatdırmaq lazımdır. - Bu barədə Rusiya və Polşa tərəfindən aparılan araşdırmalar ölkələr arasında gərək ki, müəyyən ziddiyyət yaratmışdı. - Dövlət komissiya və istintaqlarının nəticələrinin üst-üstə düşən və düşməyən məqamları oldu. Rusiya tərəfi 2010-cu il aprelin 10-da Smolensk dumanlı səmasındakı təyyarə qəzasında sırf polşa pilotlarını günahlandırdı. Polşa tərəfi isə iddia edir ki, hadisədə Rusiya dispetçerləri və nasaz aerodromun da suçu var. Ancaq mənim araşdırmama görə burada daha bir güclü səbəb- siyasi faktor, xüsusən Putin faktoru da var. - Yəni bu məsələdə suallar çoxdur... - Qaranlıq məqamlar çoxdur. Katın faciəsi 1940 cı ildə Stalin tərəfindən 10 mindən çox polyak zabitin günahsız güllələnməsidir. Bu qırğın Polşa xalqının ən ağır milli faciəsi hesab olunur. Belə bir, iki ölkə arasında 70 illik ciddi mübahisə yaratmış faciə dövlət başçıları tərəfindən yad edilib anlaşma əldə olunmalı idi. Ancaq nədənsə bu mərasim hər iki ölkənin 2-ci şəxsləri tərəfindən həyata keçirilir. 2010-cu il Aprelin 7-si Putinin dəvəti ilə Polşanın baş naziri Smolenskə gəlir və orada böyük təmtəraqla qarşılanır. Bundan cəmi 3 gün sonra Prezident Kaçinski nədənsə tələsik, emosional tərzdə bütün siyasi elitanı götürüb Smolenskə, Katına faciə yerinə uçur və onu orada heç kim qarşılamır. Qəribə deyilmi? Köhnə Smolensk hərbi aerodromu böyük sərnişin təyyarələrini qəbul etmək texniki gücündə deyil. Aprelin 7-də Putin və Tusk gəlməmişdən öncə aerodroma xüsusi səyyar naviqasiya avadanlığı yerləşdirilir. Onlar gedən kimi avadanlıqlar dərhal yığışdırılır. Aprelin 10-da isə, prezident Kaçinski gələrkən, dumanlı hava şəraitində aerodromun texniki qəbuletmə imkanı olmur. 1 N-li dövlət təyyarəsi enərkən ağaclara dəyib, yerə çırpılıb partlayır. 96 nəfər ekipajla birlikdə həlak olur. - Demək, Kaçinski Moskva üçün arzuedilməz olub. - Lex Kaçinski çox vətənpərvər, sadə və demokratik təbiətli insan olub. Ölkəsinin marağını siyasətdən də öndə tutub və təbii ki qonşu Rusiya ilə, müəyyən problemləri olub. Bu, tamam başqa məsələdir. Ancaq, dünyada sayılıb seçilən böyük bir dövlətin rəhbəri və onun başçılıq etdiyi siyasi elita bir başqa ölkə ərazisinə gəlir. Rəsmi qayda tələb edir ki, arzu olunmurdusa, ya ilk əvvəldən buna icazə verilməməliydi, ya da, bu verilibsə, Polşanın dövlət rəhbərliyi tələb olunan qaydada qarşılanmalı idi. Prezident Kaçinskinin təyyarəsi həmin gün çətin hava şəraitində belə, maksimum imkanlardan istifadə olunub, yerə enməli idi. Milli faciənin anımı kimi vacib mərasim yad edilirdi. Orada onları öncədən gəlmiş polşa jurnalistləri, cəmiyyəti, Katın qurbanlarının qohumları gözləyirdi. - Belə çıxır ki, qəzadan yayınma şansı kifayət qədər imiş. - Araşdırmalar göstərir ki, Rusiya rəhbərliyi etinasızlıq göstərməyib, çalışıb diqqətli olsaydı, həmin 400 metrlik dumanlı görmə şəraitində də təyyarəni endirmək mümkün idi. Bunu Rusiyalı məşhur uçuş mütəxəssisi Maqomed Tolbuyev də qeyd edib. Enmə prosesinə rəhbərlik edən aerdromdakı hərbçi dispetçerlərin diqqəti əsasən Moskvaya ali hərbi komandanlıqdan gələn göstərişlərə yönəlib. Öz funksiyalarını sərbəst həyata keçirə, müstəqil qərar qəbul edə bilməyiblər. Yüksək emosional sıxıntı, təzyiq və həyəcan vəziyyətində olublar. Nə enməyə konkret qadağa qoymaq, nə də, enməni tənzim etmək iqtidarında olmayıblar. Bununla da, yaranmış çətin hava şəraitində polşa pilotlarını dolaşığa salıblar. Yəni, araşdırmalar hələ davam edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA