MMP?də yeni qərarlar qəbul edilib

img

07-09-2011 [03:54]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda son günlər ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.Müzakirələr zamanı baş verən hadisələr siyasi baxımdan dəyərləndirilib və məsələlərə dair müxtəlif fikirlər səsləndirilib. Son günlər rayon təşkilatlarında təmizləmə əməliyyatı aparan partiya yeni qərarlar qəbul etmək üçün müzakirələrə başlayıb. Müzakirələr zamanı ilk alınan qərar partiyanın strukturunda yeni, gündəmə uyğun dəyişikliklər və yeniliklər olub. Fəaliyyəti dövründə Qərbi Azərbaycan məsələsində həmişə siyasi dəstəyini əsirgəməyən partiya həmin regiondan olan üzvlərinin saysız şıkayətinə ,ölkədə onlara qarşı yaradılan təzyiqlərə, represiyalara,haqsızlıqların qarşısının alınmasına,həmçinin Qərbi azərbaycanlıların pərakəndəlikdən qurtulub bir araya toplanmasına kömək məqsədi ilə yeni bir şöbə yaratmağə qərqr verib.Beləliklə MMP ?də Qərbi Azərbaycanlıların yaddan çıxmış problemlərinin həlli və siyasi baxımdan proseslərə müdaxilə etmək gücünü bərpa etmək niyyəti ilə Qərbi Azərbaycanlılarla İş üzrı şöbə yaradılıb. Qeyd edək ki, yaxın günlərdə MMP-də daha bir neçə ciddi qərarlar veriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA