ADP-dən baz nazir Artur Rəsizadəyə yüksək qiymət

img

05-09-2011 [04:39]


Avqust ayı ərzində tətildə olan Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti bu gün ilk toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər müzakirə edilib. İdarə Heyəti Cənubi Azərbaycanda Urmiya gölünün qurumasına İran hakimiyyətinin biganə münasibətinə etiraz edən Azərbaycan türklərinə qarşı aparılan repressiv siyasəti kəskin şəkildə pisləyərək, İran hakimiyyətini bu cür çirkin əməllərdən çəkinməyə, azəri türklərinə və Cənubi Azərbaycana qarşı bəslədiyi ögey münasibətə, azərbaycanlılara məxsus tarixi abidələrin dağıdılmasına son qoymağa çağırıb. İdarə Heyəti Gürcüstan rəsmiləri tərəfindən səslənən Gürcüstan-Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması təşəbbüsünə də münasibət bildirib. İH hesab edir ki, müasir dünyada ölkələrin regional əməkdaşlığına mühüm əhəmiyyət verilir: ?Bu baxımdan hətta Ermənistanın da iştirakı ilə belə bir konfederativ ailə yaranarsa, bu, regiona sülh və əmin-amanlıq gətirər, konfederasiyada təmsil olunacaq ölkələrin hər birinin təhlükəsizliyi təmin olunar və hər bir ölkənin iqtisadi inkişafına stimul verər?. İdarə Heyəti MDB-nin 20 illik yubileyində Azərbaycan hökumətinin başçısı Artur Rəsizadənin mövqeyini təqdir edərək bu cür situasiyalarda digər dövlət rəsmilərinin də analoji mövqe sərgiləməsini arzuolunan sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA