Əvəz Temirxan: "8 partiya bir araya gəlib krizis masası yaratsa..."

img

03-09-2011 [07:08]


Məlum olduğu kimi, İctimai Palata payızda davamlı kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır. Amma müxalifətin bir hissəsi mitinqlərin çıxış yolu olmadığı qənaətindədir. Azərbaycan Liberal Partiyanın (???) sədri Əvəz Temirxan deyir ki, hər partiyanın kütləvi aksiyaları nə zaman keçirmək barədə seçim etməyə haqqı var, amma gərək hər bir situasiyaya uyğun addımlar atılmalıdır: ?Onalarn qərarına hörmətlə yanaşırm və uğurlar diləyirəm. Amma biz hesab ediri kik i, müxalifətin bir kəsiminin küçələrə çıxaraq etiraz etməsi effektli vasitə deyil. Onlar nə dərəcədə mitinq keçirməkdə təcrübəli olsalar belə, bu iqtidara daha təsirli ismarıclar vermək aparıcı müxalifət partiyalarının bir araya gəlməsinə çalışmaq lazımdır. İndiki şəiartdə son parlament seçkilərində azı 61 dairədə öz namizədilə iştirak etmiş 8 partiya - ADP, KXCP, ALP, AMİP, Müsavat, Ümid, VİP, AXCP ? nin bir araya gəlməsinə eştiyac duyuram. Köklü siyasi islahatlar naminə birgə çalışmaq istəyən (İP-də olan və olmayan) nüfuzlu ağsaqqalların, ziyalıların, ekspertlərin, gənclərin bu koalisiyaya cəlb edilməsinə və onun rəhbərliyində təmsil olunmasına çalışmalıdırlar. Bu 8 partiya bir araya gəlib cəmiyyətin bütün təbəqələrini bir araya gətirə bilər?. Ə.Temirxan onu da qeyd edir ki, 8 partiya bir araya gəlib krzis masası yaratsa, mövcud problemlərin birgə müzakirəsini aparsalar, bütün Azərbaycan xalqının da öz ətrafında birləşdirə bilər: ?Bu gün kütləvi aksiyalar keçirmək istəyən partiyalar mitinq keçirməkdə nə qədər təcrübəli olsalar, onların üzvləri nə qədər fədai olsalar da, indiki vəziyytdə real, köklü siyasi islahalları həyata keçirməyə kifayət etmir. Eyni zamanda bu, baş verməyəndə cəmiyyətdə daha surətli dəyişikliklər etmək üçün bu taktika yetərli deyil. Odur ki, adı çəkilən hər bir partiya bu istiqamətdə düşünsə, yaxşı olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA