ümid Partiyasının irandan tələbi var

img

01-09-2011 [02:30]


Türkiyənin Ankara şəhərində yaşayan Cənubi Azərbaycanlı fəal, Türkiyədə Yaşayan Azərbaycanlı Türklərin 1 Qurultayının iştirakçısı, Cənubi Azərbaycan Türk kimliyinin təbliğatçısı Mehsa Mehdili (Mehdizadə) ailə problemləri səbəbi ilə getdiyi İran İslam Respublikasında 21 avqust tarixində İran Xüsusi Xidmət orqanı olan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən tutulub. Ümid Partiyası bu bardə bəyanat yayıb. Bəyüanatda bildirilir ki, aidiyyatı orqanlar nə ailəsinə, nə də ki, mətbuata Mehsa Mehdilinin həbs səbəbini və harda saxlandığı barədə acıqlama verməyib: ?Türk olduğunu qorxmadan, qürurla bəyən edən Mehsa Mehdili (Mehdizadə) əsl Azərbaycan qadını, mərd xanımdır. Biz İran dövlətini anti türk siyasəti yürütməkdən, heç bir günahı olmayan insanları qanunsuz həbs etməkdən vaz keçməyə, Mehsa Mehdilini ən qısa müddətdə azadlığa buraxmağa çağırırıq. XXI əsrdə bu baş verənlər insan haqlarına, beynəlxalq hüquqa ziddir, vandallıqdır. Bütün bu baş verənləri milli zəmində insanlar arasında ayrı-seçkilik kimi qiymətləndirir olanlardan çox narahat olduğumuzu bildiririk. Ümid Partiyası Mehsa Mehdilinin (Mehdizadə) həbsini pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, bütün beynəlxalq ictimaiyyəti Mehsa Mehdilinin (Mehdizadə) hüquqlarının bərpa olunması uğrunda sona qədər mübarizə aparmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA