"Elm haqqında? qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

img

01-09-2011 [01:33]


?Elm haqqında? qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə etməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adların verilməsi, elmi işçilərin sosial müdafiəsi, mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb. Mütəxəssislərin fikrincə, bu qanun ölkəmizdə inkişaf edən, yeni islahatlar aparılan elm sahəsinə stimul verəcək, elmi yeniliklərin təcrübədən keçirilməsinin genişləndirilməsinə yardım edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA