BAXCP Türkiyənin Zəfər Bayramını qeyd etdi

img

30-08-2011 [05:57]


Avqustun 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələr gününün 89-cu ildönümü münasibətilə tədbir keçirdi. BAXCP rəhbərliyi və partiya fəalları Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün Türkiyə səfirliyi qarşısındakı parkda yerləşən abidəsini ziyarət edib, əklil qoyublar. Tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək, bu günün qardaş Türkiyə Cümhuriyyətinin və bütövlükdə Türk Dünyasının tarixində böyük əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd edək ki, 30 avqust Zəfər Bayramı şanlı Türk Ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə Anadolu torpaqlarını işğal etməyə çalışan işğalçılar üzərində qələbəsinin şərəfinə hər il qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA