isa Qəmbər Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

img

26-08-2011 [11:26]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli soydaşlarım! Müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, Sizə uğurlar və xoşbəxtlik arzulayıram. Bir aydır ki, bütün inanclı insanlar oruc tutur və niyyətlərinin gerçəkləşməsi üçün Allaha dua edirlər. Bu gün xalqımızın əsas niyyəti, məramı torpaqlarımızın işğaldan azad olunması, ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır. Hər bir fərdin şəxsi xoşbəxtliyi də məhz bu ictimai problemlərin həllinə bağlıdır. Ona görə də bizim Ramazan dualarımız eyni zamanda ölkəmizin xoş və firavan sabahı naminə etdiyimiz dualardır. Mən əminəm ki, bu dualar Allahın dərgahında qəbul olunacaq və xalqımız öz layiqli gələcəyinə qovuşacaq. Bir daha hamınızı təbrik edir və Sizə xoşbəxtlik və səadət arzulayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA