AMiP-dən mitinq məhbuslarına dəstək gəldi

img

26-08-2011 [05:34]


Ötən gün Səbayel Rayon Məhkəməsinin İctimai Palatanın 2 apreldə keçirdiyi dinc aksiya iştirakçılarından olan AXCP üzvü Arif Alışlının 3 il, bitərəf Elnur İsrəfilovun 2 il 6 ay, Müsavat partiyasının üzvü Elşən Həsənovun 2 il, AXCP sədrinin müşaviri Sahib Kərimovun 2 il, AXCP üzvü Zülfüqar Eyvazlının 1 il 6 ay, AXCP üzvü Babək Həsənovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələri barədə höküm çıxarıb. Azərbaycan Milli İstiqlal Partiyası Səbayel Rayon məhkəməsinin həmin hökmünü ədalətsiz, qərəzli və siyasi sifarişli höküm kimi qiymətləndirir. AMİP hakimiyyətin repressiv əməllərlə, cəza tədbirləri ilə ölkədəki mövcud narazılıqların və vətəndaşların siyasi fəallaığının qarşısnın alınmasını pisləyərək, bunun cəmiyyətdə gərginliyin və qarşıdurmanın daha da dərinləşməsinə gətirib çıxaracağından narahatlığını ifadə edir. Eyni zamanda partiya Azərbaycan iqtidarını üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, Konstitusiyada, həmçinin də, hamılıqla qəbul olunmuş hüquq normalarına zidd bu kimi addımlar atmaqdan çəkinməsini, fundamental azadlıqlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. AMİP qanunsuz olaraq həbs olunan və barələrində əsasız cinayət işləri qaldırılan bütün siyasi məhbusların tezliklə azad olunmalarını, eləcə də, siyasi əqidəyə, mövqeyinə və baxışlarına görə təqib, təzyiqlərin dayandırılmasını qətiyyətlə tələb edir. Partiya ölkə və dünya ictimayyətini, beynəlxalq qurumları hakimiyyətin yürütdüyü antidemokratik, zorakılıq və repressiv siyasətinə biganə qalmamağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA