Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib

img

25-08-2011 [06:44]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib və fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını bildirib. Öz növbəsində E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib, ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib, ona yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA