Təkamül Partiyası maliyyələzmədə ayrı-seçkiliyi pisləyir

img

25-08-2011 [03:47]


Bu gün Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının növbəti iclası keçirilib. İclasda respublikamızda mövcud ictimai - siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət və partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. İclasda partiyanın sədri Teyyub Qənioğlunun respublikamızda mövcud ictimai - siyasi vəziyyətlə bağlı çıxışı dinlənilib. T.Qənioğlu qeyd edib ki, respublikamızda mövcud ictimai-siyasi vəziyyəti durğunluq kimi qiymətləndirmək olar: demək olar ki, heç bir sahədə - nə iqtisadiyyatda, nə sosial problemlərin həllində, nə demokratik islahatların həyata keçirilməsi sahəsində, nə də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı müsbət irəliləyişlər hiss olunmur. Yaxın perspektivdə qeyd edilən sahələrdə hər hansı müsbət meyllərin baş verəcəyi də gözlənilmir. Müzakirlər zamanı qeyd edilmişdir ki, mövcud vəziyyətin müsbət istiqamətdə dəyişməsi üçün milli-demokratik qüvvələrin səylərinin birləşdirilməsinə cidi ehtiyac vardır. Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət müzakirə edilərkən bir daha qeyd edilmişdir ki, Minsk Qrupu bu problemi beynəlxalq hüqüqa əsaslanaraq həll etmək istəmir, bu qrumun fəaliyyəti münaqişəni uzatmaqa, perspektivdə Ermənistanın xeyrinə həll etməyə yönəlmişdir. Minsk Qrupunun mövqeyindən ruhlanan Ermənistan prezidenti S.Sərkisyan bir ? birinin ardınca sərsəm çıxışlar etməkdədir. Onun çıxışları göstərir ki, Ermənistan öznün məlum mövqeyindən geri çəkilmək fikrində deyil. Təkamül Partiyası hesab edir ki, Minsk Qrupu vasitəsilə Emənistanla sülh danışıqlarının aparılmasının heç bir mənası yoxdur. Ermənistan qarşısında güc görmədikcə geri çəkilən deyil! Ona görə də Azərbaycan öz mövqeyini sərtləşdirməli, torpaqlarımız müharibə yolu ilə azad ediləcəyi təqdirdə Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyini bəyan etməlidir. Təkamül Partiyası qardaş Türkiyənin parlamentinin Surix protokollarının müzakirəsini gündəlikdən çıxarmasını Ermənistanın ?başa salınması? istiqamətində atılmış addım kimi təqdir edir və ümidvar olduğunu bildirir ki, Azərbaycanın torpaqları azad edilməyincə bu protokolların müzakirəsi gündəmə gətirilməyəcəkdir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə edilərkən bu istiqamətdə mövcud təkliflərə münasibət bildirilmişdir. Təkamül Partiyası hesab edir ki, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ölkəmizdə siyasi institutların inkişaf etməsinə, demokratiyanın inkişafına müsbət təsir edə bilər. Ancaq partiyalar dövlət büdcəsindən maliyyələşdirilərkən ayrı seçkiliyə yol verilməməli, partiyaların fəaliyyəti nəzərə alınmalıdır. Təkamül Partiyasının fikrincə, partiyaların maliyyələşdirilməsinə differensial yanaşılmalıdır. ATP partiyaların aşağıdakı meyarlar üzrə maliyyələşdirilməsini təklif edir:1) Azərbaycan Respublikasının Milli Məclisinə son seçkilərdə siyasi partiya kimi öz namizədi ilə iştirak etmiş bütün partiyalar bərabər əsasda maliyyələşdirilir; 2) çeçkilərdə toplanmış səslərin sayına görə əlavə vəsait verilir; 3) Milli Məclisdə təmsilçiliyin sayından asılı olaraq əlavə vəsait verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA