Azərbaycanlı erməni idmançını nakauta saldı

img

25-08-2011 [03:07]


Azerisport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazananlar arasında illi komandamızın 6 üzvü də var. Bunlar Tural Əhmədov (52 kq), Pərviz Bağırov (60 kq), Coşğun Əliyev (64kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərovdu (91+kq). 1/8 finalda rinqə çıxan boksçularımızdan 3-ü erməni rəqiblərlə üz-üzə gəlib. Hər 3 görüş həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatıb. Əvvəlcə Tural Əhmədov Artur Nersisyanı rinqi məğlub tərk etməyə məcbur edib. Pərviz Bağırovun da qələbəsi yadda qalan olub. Həmyerlimiz Ukraynanı təmsil edən erməni əsilli boksçu Miger Ohanesyanı 2-ci raundda nokauta salıb. 69 kq çəki dərəcəsində yarışan Fəqan Hüseynov da erməni rəqibini rinqə çıxmağa peşman edib. Milli komandamızın üzvü Arayik Harutunyanı 14:8 hesabı ilə məğlub edib. Gənclər arasında son qitə birinciliyinin gümüş mükafatçısı Rauf Rəhimov 1/8 finalda Türkiyə boksçusu Burhan Akçayla qarşılaşıb. 13:9 hesabı ilə qələbə qazanan həmyerlimiz növbəti mərhələyə yüksəlib. Coşğun Əliyev də komanda yoldaşının uğurunu davam etdirib. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Belarus idmançısı Mikita Şabelnik üzərində 20:9 hesabı ilə qələbə qazanıb. Avqustun 25-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışa avqustun 27-də yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA