Fuad Muradov: "Fransa parlamentinin üzvlərinin Dağlıq Qarabağa səfəri Azərbaycanın suverenliyinə hörmətsizlikdir"

img

24-08-2011 [06:53]


?Fransa parlamentinin üzvlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa etdiyi səfərə haqq qazandırmaq mümkün deyil. Bu addım ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası ilə tam ziddiyyət təşkil edir?. Bu fikirləri Azərbaycan ? Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fuad Muradov deyib. F.Muradov bildirib ki, bu hərəkətlər həmsədrlərin münaqişənin həlli istiqamətində atdığı addımlara adekvat deyil. Onun sözlərinə görə, separatçı rejimlərlə həmrəylik nümayiş etdirmək yolverilməzdir. ?Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, Fransa deputatlarının bu hərəkəti ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir?- deyə F.Muradov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA