Seçki keçiriləcək bələdiyyələrin adları dəqiqləzdirilib

img

24-08-2011 [04:21]


Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin payızında Azərbaycanda keçiriləcək təkrar və əlavə bələdiyyə seçkisinə hazırlıqlara başlayıb. Artıq seçki keçiriləcək bələdiyyələrdən 9-nun adı məlumdur. Bunlar Xuluq bələdiyyəsi (51 saylı Qusar seçki dairəsi), Ağbil bələdiyyəsi (53 saylı Quba-Qusar seçki dairəsi), Şəhriyar bələdiyyəsi (64 saylı Sabirabad ikinci seçki dairəsi), Boradigah bələdiyyəsi (71 saylı Masallı kənd seçki dairəsi), Məzrəli bələdiyyəsi (79 saylı İmişli seçki dairəsi), Qızılkənd bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Sarıxanlı bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Şəfəq bələdiyyəsi (81 saylı Beyləqan seçki dairəsi) və Naftalan bələdiyyəsidir (96 saylı Goranboy-Naftalan seçki dairəsi). Seçki keçiriləcək digər bələdiyyələrin adlarının dəqiqləşdirilməsi işləri davam etdirilir. Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər 1718 bələdiyyəni əhatə edib. Seçkilər 108 seçki dairəsində keçirilib. Sonradan 9 bələdiyyə üzrə seçkinin nəticələri etibarsız sayılaraq ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA