Müsavat Partiyası Divanının toplantısı keçirilib

img

22-08-2011 [06:57]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın əvvəlində qərarların icra vəziyyəti və görülən işlərə baxılıb. Sonra partiyadaxili məsələlər müzakirə edilib. Toplantıda 2 aprel mitinqində həbs olunanlar üzərində qurulmuş qondarma məhkəmə prosesləri barədə məsələ müzakirə edilib, bununla bağlı ayrıca bəyanat qəbul edilib. Divan İctimai Palatanın növbəti sessiyasında qəbul edilməsi tövsiyə olunan sənədləri geniş müzakirə edib və müvafiq qərarlar qəbul edib. Türkiyədə terror nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib və PKK-ya qarşı mübarizənin gücləndirilməsi prosesini müsbət dəyərləndirib. Somalidə baş verən aclıq və səfalətin aradan qaldırılması üçün atılan addımları dəstəkləyib və dünya xalqlarının bu prosesə qoşulmasına ehtiyac olduğunu bildirib. Divan Suriya və Liviyada baş verənləri də müzakirə edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA