AXCP Ali Məclisi toplandı

img

20-08-2011 [04:36]


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisin iclası keçirilib. Bu barədə MİA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın vəzifələri və digər məsələlər müzakirə olundu: ?Müxalifətçilərə qarşı repressiaların, məhkəmə proseslərinin gedişi, bir də təşkilatlanma ilə bağlı fikir mübadiləsi apardıq. Rayon təşkilatlarının hesabatını dinlədik, İctimai Palatanın yaranması ilə bağlı vəziyyəti bir daha nəzərdən keçirdik. Eyni zamanda indiki dönəmdə vəzifələrimizin müəyyən edilməsi ilə bağlı xüsusi təlimatları təqdim elədik. Əsas hiss olunan və müsbət cəhət ondan ibarət idi ki, bu repressiyalar partiya daxilində heç bir psixoloji gərginlik yaratmayıb, əksinə insanların mübarizlik əhval-ruhiyyəsini yüksəldir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA