Bayram Səfərov: Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması izində xeyli irəliləyizlər əldə olunub

img

19-08-2011 [08:45]


Xarici ölkələrdə ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin nümayəndəliklərinin yaradılması ilə bağlı işlər davam edir. Bu barədə ictimai birliyin sədri Bayram Səfərov məlumat verib. B.Səfərov bildirib ki, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyişlər əldə olunub və bu da müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verməkdədir. ?Eyni zamanda, xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu işdə çox fəaldırlar. Biz də ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyi olaraq Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk?- deyə o vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA