ADP-dən silsilə təklif və tənqidlər

img

18-08-2011 [04:22]


Azərbaycan Demokrat Partiyası son günlər hakimiyyətinin vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığına qeyri qanuni müdaxilələrinin artmasını dövlətçiliyin əsasını sarsıdılmasına cəhd kimi dəyərləndirir və bu kimi müdaxilələrin mülkiyyət sferasında özbaşnalıqlara gətirib çıxaracağını bildirir. [b]PKK-ya dəstəyi pisləyir[/b] ADP son vaxtlar mətbuatda bəzi hakimiyyət nümayəndələrinin Türkiyyə respublikasında PKK yönümlü siyasilərə BDP-dən deputat seçkilərinə küllü miqdarda maliyyə vəsayitinin köçrülməsi ilə bağlı məlumatlar yayılmışdır. ADP belə hərəkətləri qardaş Türkiyənin iç işlərinə kobud müdaxilə Türkiyədəki separatçı qüvələrə o cümlədən PKK teror təşkilatına dəstək kimi qiymətləndirir. Bu faktın iki qardaş dövlət arasında münasibətləri poza bilcəyindən və Azərbaycan dövlət başçısının bu yaxınlarda PKK-nın terror təşkilatrı kimi tanıması ilə bağlı bəyanatını şübhə altına qoydugundan,. ADP maliyə vəsayitinin ötrülməsi il bağlı faktları ciddi araşdırılmasını və qanunamüvafiq hüquqi qiymət verilməsini tələb edir. [b]Qiymətlərin qaldırılması müqavimət gücümüzə zərbədir[/b] ADP Azərbaycanda qiymətlərin leqal və qeyri leqal şəkldə qaldırılması ilə müşaət olunan iqtidarın iqtisadi siyasətini geniş xalq kütlələrinin mənafelərinə ağır zərbə kimi qiymətləndirir və bu siyasətin onsuz da Azərbaycan cəmiyyətində milli həmrəyliyi təthid edən iqtisadi qütübləşməni bir daha dərinləşməsinə və müharibə vəziyyətində olan xalqın və dövlətin müqavimət gücünü daha da zəifləməsinə gətirib cixaracagini bildirir.. Avropa şurası öz nüfuzunun qayğısına qalmalıdır. ADP belə hesab edir ki, Azərbaycan iqtidarının Avropa şurasının Azərbaycan üzrə məruzəçisi Krstof Ştaseranın öz missiyasina uyugun o0laraq Azərbaycana gəlməsi ücün viza verilməməsi faktı hakimiyyətin Avropa şurası qarşısında götürdüyü öhdəlikləri nümayişkaranə surətdə yerinə yetirməməsi ilə yanaşi .Avropa Şurasınin bu faktla bağlı prinsipiallıq göstərməməsi təşkilatın rəhbərliyinin, təşkilatın nüfuzunun qayğısına qalmamasından xəbər verir. [b]İqtisadi iinkişah haqqindaki bəyanatlar blefdir[/b] ADP Bu il ARDNŞ-dən Azərbaycan dövlət büdcəsinə keçən il ilə müqayisədə 48 milyon 463min manat artıq pul köçürülməsini Azərbaycanda qeyri neft sektorun səmərəsiz fəaliyyəti və Azərbaycanda iqtisadi inkişafla bağlı hakimiyyətin verdiyi bəyanatların əsassız olduğunun subutu kimi qiymətləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA