Hafiz Hacıyev kriminal aləmlə əlaqəsindən zübhələndiyi təzkilat sədrini partiyadan qovub

img

17-08-2011 [02:50]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı kecirilib. Öncə toplantıda ənənəvi olaraq ölkədə və dünyada baş verən ictimai-siyasi məsələlər muzakirə edilib. Daha sonra gündəlikdə duran məsələlərə baxılıb. MMP-nin Nəzarət Təftiş Komitəsi tərəfindən yoxlanılan rayon təşkilatlarının gördukləri işin nəticələri mzakirəyə çıxarılıb və yekun qərarlar bu gün verilib. Partiyanın 67 rayon təşkilatından ən zəifi Binəqədi rayon təşkilatının işi hesab edilib və işində göstərdiyi səhlankarlığa görə təşkilat sədri tutduğu vəzifəsindən kəmarlaşdırılıb, təşkilatın idarə heyətinin buraxılıb yenidən formalaşmasına qərar verilib. Nəsimi rayon təşkilatınında vəziyyət daha ciddi xarakter daşıdığına görə rəhbərlik təşkilat sədri Məcidov Sudef Hacıbala oğlunun vəzifədən kənarlaşdırılmasına və onun əməllərinin partiya üçün ləkə gətirəcəyindən ehtiyatlanaraq tutduğu vəzifədən və partiya sıralarından uzaqlaşdşırılmasına qərar verib. Qeyd edək ki, kriminal aləmlə əlaqəsində və narkotika satışında şubhəli bilinən Məcidov Sudef Hacıbala oğlu haqqında artıq DİN-ə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA