ilyas ismayılovun oğlu 5 milyon girov müqabilində azad edilib

img

16-08-2011 [04:07]


Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılov həbsxanadan çıxıdı. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun Rusiyanın Çelyabinsk şəhərində həbsdə olan oğlu Etimad İsmayılov azadlığa buraxılıb. Modern.az ?Kommersant? qəzetinə istinadən bildirir ki, məhkəmə Etimad İsmayılovu 5 milyon rubl girov müqabilində azad edib. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Modern.az-a açıqlamasında xəbəri təsdiq edib. Deputat bildirib ki, hazırda sənədləşdirmə işi ilə bağlı oğlunun Bakıya gəlişi gözlənilimir. Etimad İsmayılov həbsxanadan azadlığa buraxılandan sonra da Çelyabinskini tərk etməyəcəyini bildirib. E.İsmayılov Çelyabinskdə qalacağını, buradakı korrupsiyaya qarşı mübarizə aparacağını söyləyib. O, həmçinin hər addımbaşı pozulan insan hüquqlarının da müdafiəsi üçün çalışacağının anonsunu verib. Xatırladaq ki, ?540368 saylı cinayət işi 24 avqust 2006-cı ildə qaldırılmış, bu cinayət işi Rusiya FSB-sinin Çelyabinsk şəhər şöbəsi tərəfindən davam etdirilmiş, E.İsmayılova 8 il həbs cəzası verilmişdi. Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin ?çirkli pulların yuyulması? və ?dələduzluq? maddələri ilə ittiham irəli sürülmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA