Millət vəkili Fuad Muradov islandiyada görüzlər keçirib

img

16-08-2011 [11:18]


Avqustun 13-dən başlayaraq Milli Məclisin deputatı Fuad Muradov və Dövlət Neft Şirkətinin nümayəndələri alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud olan qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropada səfərdədirlər. Fuad Muradov İslandiyada bir səra görüşlər keçirib. İlk olaraq İslandiyanın Sənaye, Enerji və Turizm Nazirliyinin baş katibi Kristijan Skarheninson və siyasi məsələlər üzrə müavin Kolbeinn Marteinssonla millət vəkilinin görüşü olub. Görüş zamanı Azərbaycan haqqında geniş məlumat verən Fuad Muradov İslandiya ilə Azərbaycan arasında turizm imkanları haqqında fakir mübadiləsi aparıb. Millət vəkili İslandiyanın Enerji problemləri Üzrə Elmi Tədqiqat Müəssisəsinin rəhbəri cənab Olafur G.Flovenz ilə də görüşüb. Görüş zamanı alternativ və bərpa olunan enerji mənbələri, onun inkişafı və perspektivləri barədə geniş müzakirələr aparılıb. Eyni zamanda qanunvericilikdə lazım olan tənzimləmələrin Azərbaycan realığında istifadə olunması da bildirilib. Millət vəkili günün ikinci yarısı Reykyanes şəhərində yerləşən geothermal enerji stansiyasında olub. Burada yeni texnologiyalardan istifadə nəticəsində ətraf mühitə heç bir tullantı atılmır. Qeyd edək ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA