Hadi Rəcəbli ünvanlı sosial yardımdan danızdı

img

13-08-2011 [04:59]


?Azərbaycanda ünvanlı sosial yardımların verilməsi prosesi zərurət yarandıqca təkmilləşdirilir?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, bütövlükdə bu yardımın verilməsi ötən dövr ərzində xeyli sadələşdirilib. ?Əgər ilk vaxtlar ünvanlı sosial yardım almaq istəyənlərdən 17 adda sənəd tələb olunurdusa, sonra onların sayı xeyli azaldıldı. Eyni zamanda, yardımın verilmə müddətində də dəyişikliklər olundu. Buna baxmayaraq, bəzi məsələlər üzərində iş davam etdirilməlidir. Hazırda müvafiq dövlət strukturları tərəfindən yeni pilot layihələr həyata keçirilir ki, bu da vətəndaşların maraqlarına uyğundur? deyə komitə sədri vurğulayıb. H.Rəcəblinin sözlərinə görə, ünvanlı sosial yardımların verilməsinin beynəlxalq təcrübəsi mövcuddur. Bu sistem Azərbaycanda ilk dəfə tətbiq olunmağa başlayanda Polşa modelinə üstünlük verilib. Komitə sədri gələcəkdə də bu prosesin təkmilləşdiriləcəyini istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA