Milli Qurtuluz Partiyası Siyasi Şurası ANS-i iranpərəstlikdə suçladı

img

12-08-2011 [03:51]


MQP Siyasi ANS telekanalının son vaxtlar efirində ardıcıl qaydada yer alan, ?Vətən marşı? adlandırılan bəstənin islami cihada çağırış, milli mənəvi dəyərlərdən uzaqlaşma və ?azəri? adının üzdəniraq fars molla rejiminin maraqlarına uyğun olaraq millətimizə təlqin edilməsinə etiraz edən bəyənat qəbul edib. Bəyənatda deyilir: ?Müəllifinin şəhid jurnalist Çingiz Müstafayevin olması bu marşın nə qədər ziyanlı xarakterə malikliyini bir müddət öncə bəyan etməmizdə yanlış anlaşılması baxımından tərəddüd yaratsa da, son nəticədə milli maraqlar acısından mövqeyimizin ictimaiyyətə duydurulmasına qərar verdik. Şəhid jurnalistin ruhuna hörmətimizi ifadə etməklə yanaşı bildiririk ki, islami cihada çağırış, dinin mütləqiləşdirilməsi dünyəvi və hüquqi dövlət olduğunu bəyan edən Azərbaycan Respublikasının mövcud qanunlarına ziddir, millətimizin türk olmasına baxmayaraq, qondarma ?azəri? adının telekanal tərəfindən millətimizə yamaq edilməsi, , milli mənəvi dəyərlərimizə, tariximizə və qan yaddaşımıza qarşı cinayətdir. Bu eyni zamanda fars molla rejiminin dəyirmanına su tökmək, Azərbaycan türk millətinə İran adlanan dövlətin maraqlarına uyğun saxta ad qoymaq cəhdidir. ANS telekanalı siyasi mövqeyini bəyənməsək belə, bunu kanalın daxili məsələsi hesab edirik, amma milli məsələlərdə heç bir qurumun yanlış addımlar atmasına biganə qalmayacağımızı, etiraz səsimizi ucaldacağımızı bir daha vurğulayırıq. MQP Siyasi Şurası olaraq sözügedən marşın ANS telekanalında bir daha yayımlanmamasını və kanalda türk milli heysiyyatına toxuna biləcək məsələlərdə diqqətli davranılmasını tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA