Qüdrət Həsənquliyev iƏT-in baz katibi Ekmeleddin ihsanoğluna məktub göndərib

img

10-08-2011 [12:53]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, məktubda Qüdrət Həsənquliyev İƏT-in diqqətini Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə, münaqişənin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyətinə, təcavüzkar ölkəyə qarşı sülhə məcburetmə mexanizmlərinin tətbiq olunmamasına yönəldib. Sənəddə bildirilib ki, bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir: ?Təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı qətnamələrinə baxmayaraq, təşkilatın bəzi üzvləri nəinki təcavüzkara qarşı təzyiq xarakterli addımlar atmır, hətta işğalçı dövlətlə ticari-iqtisadi və siyasi əlaqələrini gündən-günə genişləndirirlər?. Məktubda qeyd olunub ki, İƏT-in tam hüquqlu üzvləri olan müsəlman İranın və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biridir: ?Bu baxımdan hesab edirik ki, bu müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısı çağırılmalı, bu toplantıda İran və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması barədə məsələ müzakirəyə çıxarılmalıdır. Azərbaycan xalqının haqq işinə dəstək vermək, zülmə, təcavüzə qarşı öz müsəlman qardaşları ilə birgə dayanmaq isə hər bir müsəlmanın borcudur. Biz öz borcunu unutmayan bütün müsəlmanları, Tanrıya iman gətirən hər kəsi Azərbaycan xalqının haqq işinə dəstək verməyə cağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA