Rəzad Sadiqovun milliyə çağırılmamasının səbəbi bəlli oldu

img

09-08-2011 [11:51]


"Qarabağ" klubunun kapitanı Rəşad Sadiqov bir həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində futbolçunun özü məlumat veriib. Onun sözlərinə görə, Avroliqanın III təsnifat mərhələsində "Brügge" ilə Bakıdakı cavab görüşündə futbolçunun dizinə qan sızıb və ayaq bağları əzəlib. Məhz buna görə də, Sadiqov Azərbaycan milli komandasının təlim-məşq toplanışı və Makedoniya ilə sabah keçiriləcək yoldaşlıq görüşünə dəvət almayıb. Sadiqov eyni zamanda Premyer Liqanın 2-ci turunda "İnter"lə keçiriləcək oyunu da buraxmalı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA