Siyavuz Novruzov bəzi partiyaların ləğvini istəyir

img

08-08-2011 [02:43]


??Siyasi partiyalar haqqında? yeni qanun layihəsi ilə bağlı YAP olaraq öz təkliflərimizi irəli sürmüşük. Hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya komissiyasında baxılır. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək. Hesab edirəm ki, həqiqətən də, bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var?. Bu fikirləri hakim partiyanın saytına müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycanda bir çox partiyaların fəaliyyət istiqamətində yenilik lazımdır. Onun sözlərinə görə, bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır. ?Təbii ki, bu partyaların öz tərkiblərinə baxmağa, öz tərkiblərində bir islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa bir ehtiyac duyur. Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı bir funksiyanı həyata keçirmir. Amma dünyada bu praktika mövcuddur, əgər hər hansı siyasi təşkilat fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il hər hansı seçiklərdə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır?- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA