ALP-nin hakimiyyətə təklifi var

img

06-08-2011 [05:51]


Məlum olduğu kimi, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan azərbaycanlıları siyahıya almağa başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu addımı təqdir etsə də, xeyli gecikdiyi düşünür. Ə.Temirxanın sözlərinə görə, əslində bu prosesə 17 il bundan əvvəl başlamaq lazım idi: ?Bu addım gec də olsa, müsbət qiymətləndirilə bilər. Mən hesab edirəm ki, Azərbaycanın neft gəlirləri imkan verir ki, Azərbacanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı icmasının demoqrafik inkişafının təmin edilməsi üçün güzəştli şərait yaradılsın. Analıq məzuniyyətinin müddətinin artırılmsı, ana və uşağın dövlət tərəfindən tibbi sığortası, uşaq üç yaşına çatana qədər valideynlərə ödənişli məzuniyyət verilməsi, anadan olmuş uşaqların hesabına neft gəlirlərindən müəyyən vəsaitin köçürülməsi kimi imkanlar yaradılmalıdır?. ALP sədrinin hakimiyyətə başqa bir təklifi də var. Əvəz bəy hakimiyyətin Dağlıq Qarabağ ermənilərinin pasportlaşdırılmasına start verilməsinin zərurililiyini də vurğulayıb: ?Yəni Dağlıq Qarabağ ermənilərindən kim Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdısa, ona pasport verilməlidir. Bu da o deməkdir ki, o artıq Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul edir və özünü Azərbaycan Respublikası vətəndaşı sayır. Hesab edirəm ki, bu məsələdə beynəlxalq təşkilatların vasitəçi olmasına da çalışmaq lazımdır. Ona da çalışmaq lazımdır ki, Dağlıq Qarabağda yaşayan erənilər 122 saylı Xankəndi seçki dairəsindəki parlament seçkilərində iştirak etsinlər. Düşünürəm ki, bütün bunlar siyasi, hüquqi, diplomatik baxımdan uğurlu addımlardı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA