Qurban Qurbanov inamlı danızdı

img

03-08-2011 [09:26]


"İlk oyunda gözlənilməz hesab qeydə alındı. İstəməzdik, belə olsun. Bununla belə, futbolçularım qormamalı və sabahkı oyunda sonadək oynamalıdırlar". Qol.Az-ın məlumatına görə, bu sözləri "Brügge" ilə oyundan öncə keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov daha sonra cütün taleyinin hələ həll olunmadığını bildirib: "İlk oyunda böyükhesablı məğlubiyyətə baxmayaraq, cütün taleyi hələ həll olunmayıb. Rəşad Sadiqovla söhbət etdik. Hər şeyi onun öhdəsinə buraxaraq bildirdik ki, bütün komanda sənin yanındadır. Onun hər şeyi unutması üçün Sadiqov daha çox komandanın düşərgəsində olmalıdır. Çalışacağıq ki, ilk qolu biz vuraq. Vüqarın yerinə isə Adamiyanı oynatmağı planlaşdırıram. Real baxdıqda isə bu çox çətin olacaq, ancaq biz meydana yalnız yaxşı nəticə üçün çıxacağıq. Azarkeşləri də başa düşürəm. Əgər oyunumuz alınsa, azarkeşlər daha maraqlı oyunun şahidi olacaqlar. Sabahkı oyunda azarkeşlər də meydana gəlməsələr, futbolçularda psixoloji gərginlik yaranacaq. Ona görə də bir olmalıyıq. Çünki hələ təslim olmamışıq. Oyuna çox ciddi hazırlaşmışıq. Aut və standart vəziyyətlər üzrə daha çox çalışmışıq. Futbolçuların da bəziləri oruc tutur. Ancaq mən bu barədə onlardan heç nə soruşmamışam. Sadəcə onu soruşmuşam ki, sabahkı oyuna nə dərəcədə hazırdılar? Futbolçularım peşəkardırlar. Düşünürəm ki, onlar nə etdiklərini yaxşı bilirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA