Tamerlan Qarayevin oğlu Xarici izlər Nazirliyindən çıxıb

img

03-08-2011 [12:57]


Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayevin oğlu Xarici İşlər nazirliyində tutduğu postdan uzaqlaşdırılıb. ?Unikal? qəzetinin məlumatına görə, Fərman Qarayevin tutduğu vəzifədən azad edilməsinin səbəbləri bəlli deyil. Məlumata görə, Fərman Qarayev güclü diplomatik biliyə sahib peşəkar kadr olduğu üçün bu xəbər iş yoldaşlarını da təəccübləndirib. Bəzi sosial şəbəkələrdə onun vəzifədən azad edilməsinə səbəb kimi erməni şirkəti ilə işbirliyi göstərilsə də mənbə bu faktı inadla inkar edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı ?Qafqazinfo?ya açıqlamasında faktı təsdiqləsə də, Fərman Qarayevin öz istəyi ilə vəzifədən getdiyini bildirib. Qeyd edək ki, T. Qarayevin digər oğlu Ruslan isə Milli Məclis Aparatının katibliyində məsləhətçi vəzifəsində çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA