Azərbaycan futbolçuları oruc tutur

img

01-08-2011 [06:01]


Bu gün başlanan müqəddəs Ramazan ayı münasibətilə ?Qarabağ? klubunun bir çox futbolçusu oruc tutmağa başlayıb. Day.Az radiosuna müsahibəsindı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumatı təqdiqləyərək oruc tutmağın futbolçuların fiziki durumuna təsiri ilə bağlı sualı cavablandırıb. Onun fikrincə, oyunçular oruc tutması onlar üçün problem yaratmayacaq. O qeyd edib ki, futbolçuların oruc tutmasına qadağa qoya bilməz: ?İnsanların oruc tutmasına heç kim qadağa qoya bilməz. Kim istəyirsə, bunu edə bilər. Təki onlar oruc tutsunlar. Havaların isti olması da buna əngəl törətmir və oruc tutmaq futbolçulara heç bir mənfi təsir göstəmir. Biz oruc tutan oyunçularımızın məşqdən sonra istirahət etməsinə imkan yaradırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA