ictimai Palatanın növbəti sessiyası keçirilib

img

30-07-2011 [02:57]


Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) sessiyası keçirilib. İclas İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın sədrliyi ilə baş tutub. Giriş üçün söz alan V.Mirkamal quruma üzv olmaq istəyənlərlə bağlı məlumat verib və İP-ə yeni üzvlərin qəbulu məsələsində də baxılıb. Sonra iclasın sədri deyib ki, yaxın aylarda qurumda Qarabağ problemi ilə bağlı müzakirələr olacaq. İP-in ötən dövrdəki fəaliyyəti barədə danışan şura üzvü qurumun bank hesabı ilə bağlı məsələnin də öz həllini tapdığını deyib. Çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyətin son dövrlər apardığı siyasətdən və İP-in 2 aprel aksiyasında həbs olunanlarla bağlı danışıb. Partiya sədri deyib ki, hakimiyyət hələ İctimai Palataya qarşı mübarizə aparır. Keçmiş millət vəkili Pənah Hüseyn də çıxışında vicdan məhbusları məsələsinə toxunub. P.Hüseyn bildrib ki, siyasi motivlərlə həbs olunan müxzalifət nümaynədələri ilə bağlı İctimai Palata növbəti aksiya barədə düşünməlidir. İP sessiyasında 2 aprel aksiyası ilə bağlı həbs olunanların məhkəməsi və ali məktəblərin ödənişli ixtisaslarında təhsil haqlarının artırılmasına dair etiraz bəyanatları qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA