ümid Partiyasıda ümumrespublika müzavirəsi keçirilib

img

27-07-2011 [06:27]


Bu gün Ümid Partiyasında Dairə Seçki Komissiyalarının formalaşması ilə bağlı ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə Ümid Partiyasının rayon təşkilat sədrləri, Dairə Seçki Komissiyalarındakı təmsilçiləri iştirak edib. Müşavirədə DSK-ların formalaşması ilə bağlı ətraflı məlumat verən MSK üzvü Akif Qurbanov iddia edib ki, DSK-ların yenidən formalaşdırılması zamanı Mərkəzi Seçki Komissiyası saxtakarlığa yol verib: ?Mərkəzi Seçki Komissiyasında təmsil olunan azlıqlar (partiyalar) arasındakı razılaşmaya əsasən Ümid Partiyasına düşən 58 yerə namizədlərin təqdim olunması qanunsuz olaraq yerinə yetirilməyib. MSK katibi Mikayıl Rəhimovun təqdimatı ilə Naxçıvandakı dairələrdə Ümid Partiyasına ümumiyyətlə təmsilçilik imkanı verilməyib. Naxçıvanda birbaşa Vasif Talıbov tərəfindən göndərilən siyahı təsdiq olunub. Oradan Ümid Partiyasını təmsil edən Ümid Partiyasının üzvləri Elman Abbasov və Həkimeldostu Mehdiyev DSK-larda təmsil olunmalarının qarşısı alınmaqla yanaşı, yerli hakimiyyət nümayəndələri tərəfindən təqib və təzyiqə də məruz qalıblar?. DSK-nın formalaşmasında katib yerləri üçün partiyalar arası bölünmədə də anlaşmanın pozulduğunu bildirib. Onun sözlərinə görə, Ümid partiyası üçün 20 yer ayrıldığı halda, partiya yalnız 10 yerdə təmsil oluna bilib. Müşavirədə partiyanın yerli rayon təşkilatları və DSK təmsilçiləri çıxış edib, yerlərdəki problemləri partiya sədrinin diqqətinə çatdırıb. Sonda partiyanın sədri İqbal Ağazadə Naxçıvanda baş verən olaylara, DSK-ların formalaşmasında baş verən qanunsuzluqlara münasibət bildirib. Haqsızlıqlara qarşı birmənalı mübarizə aparılacağını deyən partiya sədri bu istiqamətdə zəruri tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA