ADP bəyanat verdi

img

27-07-2011 [04:01]


ADP Ermənistan prezidenti S.Sarkisyanın Dağlıq Qarabağ və Ağrı Dağla əlaqədar açıqlamasına etiraz əlaməti olaraq bəyanat yayıb. Bəyanatda deyilir: Erməni rəsmiləri dövrü olaraq Azərbaycanın və Türkiyənin tarixi əraziləri ilə bağlı heç bir əsası olmayan iddialar irəli sürür, özünün sərsəm ?dənizdən ? dənizə? böyük Ermənistan xülyasını gercəkləşdirmək istiqamətində əbəs səylərini davam etdirir. Bu cür tarixi əsası olmayan iddiaları davam etdirən S.Sarkisyan növbəti bəyanatında Dağlıq Qarabağla yanaşı Türkiyənin tarixi ərazisi olan Ağrı dağın Ermənistana qatılmasının erməni gəncliyinin görəvi olduğunu bildirir və utanmadan bu iyrənc niyyətlərin həyata keçirilməsi üçün beynəlxalq havadarlarını erməni xalqına köməyə səsləyir. ADP Beynəlxalq hüququn xalqların ərazi bütövlüyü və suverenliyi şərtlərinin qorunmasının vacibliyinə qarşı yönəlmiş bu cür sərsəm çıxışları qətiyyətlə pisləyir və tarixi reallıqlara söykənməyən bu cür torpaq iddialarının nə beynəlxalq hüquqla, nə də ATƏT-in Mninsk qrupunun Dağlıq qarabağ probleminin sülh yolu ilə həllinə yönəlmiş missiyası ilə bir araya sığmadığını, əksinə bu cür sərsəm bəyanatların bölgədə yeni münaqişə ocaqlarının güclənməsinə xidmət etdiyini diqqətə çatdırır.ADP Ermənistan rəsmilərinin Azərbaycan və Türkiyə ərazilərinə qarşı torpaq iddialarını bağlı səsləndirdiyi bəyanatların nəinki heç bir tarixi əsası olmadığını, əksinə mövcud Ermənistan dövlətinin, ermənilərin müdafiəsinə yönəlmiş xristian təəsübkeşliyi əsasında, Azərbaycanın tarixi ərazilərində formalaşdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. ADP Azərbaycan, o cümlədən qardaş Türkiyənin tarixi ərazilərinə qarşı yönəlmiş bu cür iddiaların qarşısının alınması üçün Azərbaycan hakimiyyətinin təxirə salınmaz addımlar atmağını və dünyada sülhün qorunmasında məsul olan beynəlxalq təşkilatların Ermənistan prezidentinin işğalçılıq niyyətləri güdən bu cür bəyanatlarına dərhal adekvat reaksiya verməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA